Bişkekdə Baş Prokurorluğun binası qarşısında bir nəfər özünü yandırıb.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs özünü yandırmazdan əvvəl bildirib ki, 2023-cü ilin sentyabrında 520 min dollara ev alıb. Rəsmiləşdirmədən sonra məlum olub ki, evə həbs qoyulub. Buna görə evi əlindən alınan kişi hüquq-mühafizə orqanlarına müraciət edib, lakin onun sözlərinə görə, orada işi bağlayıblar.
Hadisənin digər təfərrüatları açıqlanmır.