Tezliklə ABŞ prezidenti kimi fəaliyyətə başlayacaq respublikaçı Donald Tramp yaxın 24 saat ərzində yalnız iki cinsin tanınması ilə bağlı fərman imzalamaq niyyətindədir.
1xeber.media xəbər verir ki, bu barədə “Röyters” gələcək Vaşinqton administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, fərmana əsasən, ABŞ federal orqanları yalnız kişi və qadın cinslərinin mövcudluğunu tanıyacaq.