"Bəli, düzgün ifadə Qarabağdır".
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə jurnalistin onun əvvəlcə “Artsax” deməsi, sonra isə buna düzəliş etməsinin səbəbi ilə bağlı soruşanda deyib.
Həmçinin Simonyan onun vaxtilə Ağdamı “vətəni” adlandırması xatırladılanda qeyd edib:
“Hamımız səhv edirik, əlavə sualınız var?”