Misir prezidenti Əbdülfəttah əs-Sisi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 21-də Misir liderinin ofisi məlumat yayıb.
Qeyd olunur ki, dövlət başçıları birgə layihələrin həyata keçirilməsini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Bundan əlavə, iqtisadi məsələlər və Ukrayna böhranı müzakirə edilib.
“Danışıqlar zamanı tərəflər Misir və Rusiya Federasiyası arasında əlaqələrin möhkəmləndirilməsi yollarını, xüsusən Süveyş kanalı sahillərində Rusiya sənaye zonası layihəsini, eləcə də Əl-Dəbaa atom elektrik stansiyasının tikintisini müzakirə ediblər. ", - deyə Misir prezidentinin rəsmi nümayəndəsi Məhəmməd əl-Şinavi öz Facebook səhifəsində yazıb (Rusiyada ekstremist kimi tanınan və qadağan olunmuş Meta korporasiyasına məxsusdur).