Qırğızıstan prezidenti Sadır Japarov vətəndaşların ictimai yerlərdə üzünü örtən geyimdə görünməsini qadağan edən qanunu imzalayıb.
1xeber.media xəbər verir ki, bu barədə respublika prezidentinin saytında məlumat verilib.
Qanun həmçinin qocalar evlərində, koloniyalarda və hərbi hissələrdə iman gətirməyi və dini mərasimlərin keçirilməsini qadağan edir. Bundan əlavə, dövlət dini ədəbiyyatın ictimai yerlərdə, məktəblərdə, uşaq bağçalarında yayılmasını və qapı-qapı paylanmasını qadağan edir.
Dini zəmində siyasi partiyaların yaradılması qadağandır. Qanunu pozanları 20 min som (22 min rubl) məbləğində cərimə gözləyir.