ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması Rusiyadakı vəziyyətə təsir etməyəcək.
1xeber.media xəbər verir ki, bu fikri çərşənbə axşamı, yanvarın 21-də Dövlət Dumasının Səhiyyənin Mühafizəsi Komitəsinin sədr müavini Aleksey Kurinnı bildirib.
Eyni zamanda, deputat fərmanı imzaladıqdan sonra təhlükəli nəticələrin adını çəkib.
“Maliyyələşdirmə baxımından ciddi bir şey olacaq. Çünki ÜST-nin büdcə gəlirlərinin təxminən üçdə biri ABŞ-ın payına düşür. Buna görə də inkişaf etməmiş ölkələrə tibbi yardım göstərmək üçün qlobal xarakterli proqramlar da daxil olmaqla, bir sıra proqramları kəsmək lazım gələcək”, - parlamentari Lenta.Ru ilə söhbətində bildirib.