Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri Rusiyanın Ryazan şəhəri yaxınlığında yerləşən RNPK ASC-nin neft emalı zavoduna hücum edib.
1xeber.media xəbər verir ki, hadisə şahidlərinin Mash-a verdiyi məlumata görə, ərazidə gecə yarısına qədər ən azı 10 partlayış səsi eşidilib. Nəticənə neft emalı zavudunda yanğın başlayıb və yanğın partlayışlarla müşayiət olunur.