32 yaşlı Zaqatala rayon sakini, Vətən müharibəsi qazisi Hüseyn Məmmədovun yüksək dağlıq ərazidə məşhur Şamil yaylağında meyiti tapılıb.
O, dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.