Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşanın baş naziri Donald Tuskun Macarıstanın baş naziri Viktor Orbana ünvanladığı təhdidlərə münasibət bildirib.
1xeber.media xəbər verir ki, O, şərhini Telegram kanalında yayımlayıb.
“Tusk Orbanı Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoyacağı təqdirdə nəticələri ilə hədələyib. "Çünki bu, Qərb demokratiyasıdır", - Zaxarova Polşa baş nazirinin təhdidlərini tənqid edib.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk macar siyasətçini sanksiyaların qarşısı alınacağı təqdirdə nəticələri ilə hədələyib. Onun açıqlamasına görə, Macarıstanın baş naziri Avropa İttifaqının Moskvaya qarşı sanksiyaların uzadılması qərarını dəstəkləməsə, bu, onun Rusiya prezidenti Vladimir Putinin tərəfində olması demək olacaq.
Orbanın hesablamalarına görə, son üç ildə Aİ-nin anti-Rusiya sanksiyalarından ölkəyə dəyən ümumi iqtisadi zərər təxminən 19 milyard avro təşkil edib. Anti-Rusiya sanksiyalarının uzadılması məsələsi üzrə yekun qərar yanvarın 31-nə qədər verilməlidir. Macarıstanın baş naziri qeyd edib ki, ölkə məhdudlaşdırıcı tədbirlərin uzadılmasına şübhə ilə yanaşır.