NATO-nun beynəlxalq sularda gəmiləri yoxlamaq planı BMT-nin Dəniz Hüququ Konvensiyasının kobud şəkildə pozulmasıdır.
1xeber.media xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının daimi üzvü, Rusiya prezidentinin köməkçisi, Rusiya Dəniz Kollegiyasının sədri Nikolay Patruşev “Rossiyskaya qazeta”ya müsahibəsində verib.
Patruşev Şimali Atlantika Alyansının qərarını tənqid edərək, BMT konvensiyasının açıq dənizlərdə maneəsiz tranzit keçidinə zəmanət verdiyini vurğulayıb.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan etmişdi ki, Moskva Baltik dənizinin NATO-nun “daxili gölü”nə çevrilməsinə imkan verməyəcək. Rusiya XİN rəhbərinin müavininin sözlərinə görə, Moskva öz maraqlarını qorumaq üçün lazım olan hər şeyi edəcək. O, həmçinin vurğulayıb ki, Baltik dənizi əməkdaşlıq və qarşılıqlı fəaliyyət dənizi olaraq qalmalıdır.