Cənubi Koreyanın Busan hava limanında göyərtəsində 169 sərnişin və 7 ekipaj üzvü olan təyyarə yanıb.
1xeber.media xəbər verir ki, bu barədə Yonhap News məlumat yayıb.
Bildirilir ki, Air Busan reysi yanvarın 28-i çərşənbə axşamı Honq-Konqa uçmalı idi. Yanğın yerli vaxtla saat 22:30-da təyyarənin quyruğunda başlayıb.
Bütün sərnişinlər və aviaşirkətin işçiləri şişmə sürüşmə vasitəsi ilə təxliyə edilib, onlardan heç biri xəsarət almayıb.
Yanğın tezliklə gövdəyə keçib və bütün təyyarəni bürüyüb.
Bundan əvvəl Cənubi Koreyanın Muan hava limanında Jeju Air şirkətinə məxsus Boeing 737-800 təyyarəsi qəzaya uğramışdı. Mütəxəssislər pilotun kabinəsindəki danışıqları qeydə alan qara qutudan məlumatları çıxara biliblər.