Ukrayna lideri Vladimir Zelenski Çini Rusiyaya, o cümlədən prezident Vladimir Putinə təzyiqi artırmağa çağırıb.
1xeber.media xəbər verir ki, O, bu barədə Fox News-a müsahibəsində bildirib.
Telekanal Zelenskidən sitat gətirir: “O, razılığın əldə olunması və daha geniş təhlükəsizlik zəmanətlərinin təmin edilməsi üçün Putinə beynəlxalq təzyiqləri, xüsusən də Çindən artırmağa çağırıb.
Ukrayna liderinin fikrincə, təkcə Avropanın təhlükəsizlik zəmanəti Kiyev üçün kifayət etməyəcək. O, əlavə edib ki, Avropa ölkələri ABŞ və prezident Donald Trampın zəmanətlərinin lazım olduğunu başa düşürlər.
Bundan əvvəl Zelenski ABŞ-ın keçmiş lideri Co Baydeni Kiyevə kifayət qədər yardım göstərməməkdə ittiham edib. O, ukraynalıların öz başlarına buraxıldığını qeyd edib. Ukrayna prezidenti vəzifəsini tərk etdikdən sonra Baydeni Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməkdən və Kiyevə silah verməkdən imtina etdiyinə görə tənqid edib.