Qax rayonunda hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Nəqliyyatın hərəkəti Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tənzimlənir, sürücülərlə profilaktik iş aparılır və onlara yollarda olan vəziyyət barədə məlumat verilir.
Vətəndaşlarımıza köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir.