Mövcud hava şəraiti ilə əlaqədar Şəki rayonunda da polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə gücləndirilmiş rejimdə xidmət davam etdirilir.
Rayon ərazisində nəqliyyatın hərəkəti Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tənzimlənir və onlara yollarda olan vəziyyət barədə məlumat verilir.
Həmçinin piyadaların rahat və təhlükəsiz şəraitdə mənzil başına çatmaları üçün lazımi köməklik göstərilir.