Lənkəranda da qarlı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır, hərəkətin təhlükəsizliyi məqsədilə zəruri tədbirlər həyata keçirilir.
1xeber.media xəbər verir ki sürücü və piyadaların rahat hərəkətini və mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək məqsədi ilə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən fasiləsiz xidmət təmin edilir.
Vətəndaşlara lazımi köməkliklərin göstərilməsi və yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.