Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.
1xeber.media xəbər verir ki keçirilən növbəti tədbirlər nəticəsində paytaxtın Qaradağ və Nəsimi rayonlarında 1 avtomat silahı, 1 patron darağı və 1 mərmi tapılaraq götürülüb. Həmçinin 3 nəfər 2 avtomat silahı, 1 tapança, 1 patron darağı və 28 patronu polisə könüllü təhvil verib.
Araşdırmalar aparılır.