Polis əməkdaşlarının noyabrın 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Eyni zamanda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 29-da ümumi çəkisi 15,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
1xeber.media xəbər verir ki,bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb