Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
1xeber.media xəbər verir ki ,dekabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 2 qumbara, 8 tüfəng, 1 patron darağı və 224 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.