"Barselona"nın futbolçusu Rafinya La Liqanın 15-ci turunda "Las Palmas"a məğlubiyyətlərini (1:2) şərh edib.
1xeber.media "Marca"ya istinadən xəbər verir ki, o deyib:
Bu mövzü haqda danışmaq istəmirəm, çünki sözlərimi mənə qarşı işlədə bilərlər və mən cəzalanacam. Amma oyunun ikinci hissəsində 45-dən 30-nu oynamışıq. Onlar öz etdiklərini məndən yaxşı bilirlər. Öz komandamızdan danışsaq, səviyyəmizdən aşağı oyun göstəririk, bu da matçlarımızı çətinləşdirir. Biz çalışmağa və inkişaf etməyə davam etməliyik".
Qeyd edək ki, "Barselona" turnir cədvəlində 34 xalla liderlik edir.