"Bavariya"nın baş məşqçisi Vensan Kompani futbolçusu Harri Keynin zədəsindən danışıb.
1xeber.media xəbər verir ki, o, zədənin ciddi olmadığını bildirib: "Harri dedi ki, çox pis deyil. Ümid edirəm ki, belə də olar. Tibbi müayinədən keçdikdən sonra dəqiq biləcəyik".
Qeyd edək ki, Harri Keyn dünən Bundesliqanın 12-ci turu çərçivəsində keçirilən "Borussiya" (Dortmund) – "Bavariya" (1:1) matçında zədələnib.