Laçının payız örpəyi
Payız şairlərin, yazıçıların ən çox vəsf etdiyi fəsillərdən biridir. Rəng çalarları sanki insan ruhuna yeni nəfəs, can gətirir. Yağışın nəğmə dolu həzin həzin yağması ilə sanki qəlblər sevinir.
1xeber.media xəbər verir ki, bu gün işğaldan azad olunmuş Laçın rayonu payız fəslinin rəngarəngliyinə boyanıb. Əvvəllər torpağı qan qoxan, ancaq indi gül ətirli Laçınımız payız örpəkli görüntülərini sizlərə təqdim edirik: