Bakıda qadın gözəlləşmək üçün 16 min verib əməliyyata girdi: Özünə baxanda şoka düşdü
1xeber.media xəbər verir ki Baku TV-də həkim səhvinin qurbanı olduğunu iddia edən Şəhla Əliyeva haqqında süjet yayımlanmışdı. Estetik əməliyyatdan şikayətçi olan qadının həkimi Gündüz Bayram Baku TV-yə müraciət edərək hadisəyə münasibət bildirib.
Həkimin sözlərinə görə, xanımın əməliyyatdan sonra bədəninin müxtəlif nahiyələrində yaranan yaraların sağalması üçün müəyyən vaxt lazımdır: “Hər bir əməliyyatın reabilitasiya müddəti var. 24-25 yaşa qədər 3 ay, 24-25 yaşdan yuxarı 55 yaşa kimi pasiyentlər üçün 6 ay, 55-dən yuxarı şəxslər üçün isə 1 ilə kimi reabilitasiya müddəti var. Reabilitasiya ərəfəsində müəyyən qızartıların, şişkinliklərin olması mümkündür. Şəhla xanımda heç bir iz qalmayacaq. Sadəcə dərinin səthində qızartı var. Həmin qızartının da zamanla keçəcəyinə tam əminəm”.