İran Ermənistanın suverenliyini nəzərə alaraq kommunikasiyaların açılmasının tərəfdarıdır: Səfir
1xeber.media xeber verir ki,İran regionda nəqliyyat marşrutlarının açılmasını dəstəkləyir, lakin Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani Kapanda keçirilən “Ermənistan-İran: əməkdaşlıq və perspektivlər” adlı ekspert seminarında jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, İranın qondarma “Zəngəzur dəhlizi” ilə bağlı mövqeyi bəllidir: İran istənilən geosiyasi dəyişikliklərə və dəhliz konsepsiyasına qəti şəkildə qarşıdır.
“Ermənistanla münasibətlərimizin möhkəm təməli var: biz əsrlər boyu yan-yana yaşayan, mehriban qonşuluq münasibətlərini qoruyan qonşularıq”, - deyə Sobhani qeyd edib.
Səfir həmçinin vurğulayıb ki, İran və Ermənistan arasında ikitərəfli münasibətlər həmişə xarici amillərin təsiri olmadan inkişaf edib. Tehran əmindir ki, onlar kənar təzyiqlərdən azad olaraq tərəfdaşlıq ruhunda möhkəmlənməyə davam edəcəklər.