Borrell Qəzza ilə bağlı Aİ-nin İsraillə dialoqunu dayandıracaq
Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Josep Borrell İsrailin hərbi əməliyyatları zamanı Qəzza zolağında insan hüquqlarının pozulmasını əsas gətirərək, Aİ ölkələrinə İsraillə dialoqu dayandırmağı təklif edib.
1xeber.media,agentliyə istinadən xəbər verir ki, Borrell bir gün əvvəl Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinə müraciət göndərib. O, Qəzzada beynəlxalq humanitar hüququn mümkün pozuntularından ciddi narahat olduğunu bildirib və həmçinin qeyd edib ki, onun fikrincə, İsrail tərəfi bu vəziyyətə kifayət qədər reaksiya verməyib.