Minimum pensiyanın artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazir
Minimum əməkhaqqı, minimum pensiya və digər sosial ödənişlərin artımı üçün 2025-ci il üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub.
1xeber.media xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, sosial xərclərə cari illə müqayisədə 8,8 % çox vəsait ayrılacaq: "Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun balanslaşdırılması məqsədilə də dövlət büdcəsindən vəsait ayrılacaq. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmini üçün dövlət büdcəsindən 310 milyon manat vəsait proqnozlaşdırılır”.