BANM 13 tələbəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Elm və texnologiya” təqaüdünə layiq görülüb.Bununla bağlı SOCAR prezidenti özünün sosial şəbəkə hesabında paylaşım edərək tələbələri təbrik edib.
1xeber.media paylaşımı təqdim edir:
Birinci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 685 baldan yuxarı nəticə göstərən #SOCAR-ın #BakıAliNeftMəktəbi|nin (BANM) 13 tələbəsi #Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Elm və texnologiya” təqaüdünə layiq görülüb.
16 təqaüd yerinin 13-nü qazanan BANM tələbələrini bu uğur münasibətilə ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində davamlı nailiyyətlər diləyirik.
Əziz tələbələr, sizinlə qürur duyuruq!