Sabiq səhiyyə naziri, Haqq ədalət partiyasının sədri Əli İnsanov özünün facebook səhifəsində paylaşım edərək ölkə prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib:
Həmin paylaşımı olduğu kimi təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
Möhtərəm cənab Prezident !
Sizi, ad gününüz münasibətilə Haqq Ədalət Partiyasının bütün üzvləri adından ürəkdən təbrik edirəm !
Ulu Öndərimiz Heydər Əliyevin xalqımıza miras qoyduğu irsini yaşadaraq, uğurla inkişaf etdirə bilməyinizi alqışlayır və dəstəkləyirik.
Sizə, ölkəmizin dinamik inkişafı, xalqımızın yüksək rifahı və xoşbəxt gələcəyi üçün həyata keçirdiyiniz bütün işlərinizdə böyük uğurlar, özünüzə isə uzun ömür, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayıram.
Dərin hörmət və ehtiramla,
Əli İnsanov.
23 dekabr 2024 - cü il.