İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Facebook səhifəsində xalqımızı bayram münasibəti təbrik edib.
1xeber.media paylaşımı təqdim edir;
Yeni il bayramı münasibətilə səmimi təbriklərimizi çatdırırıq. 2024-cü il #Azərbaycan üçün mühüm nailiyyətlərlə dolu zəngin bir il olaraq yadda qalır. Uğurlarımızın əsasında dövlət başçısı İlham Əliyevin (Ilham Aliyev) ətrafında cəmiyyətimizin birliyi, həmrəyliyi və iradəsi dayanır.
2025-ci ilin uğur, sevinc və firavanlıq gətirməsini diləyərək hər birinizə möhkəm cansağlığı və xoş ovqat arzulayırıq.
Bayramınız mübarək!
#Yeniİl