SON DƏQİQƏ - Bu sahədə çalışanların maaşları artırılır
Azərbaycanda minimum əməkhaqqının 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz artırılaraq 400 manat olacağı gözlənilir. Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edək ki, minimum əməkhaqqı aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Yəni, işəgötürənlər işçilərinə bu məbləğdən aşağı əməkhaqqı verə bilməz. Azərbaycanda hazırda minimum əməkhaqqı 345 manatdır.
İnsanları düşündürən əsas nüanslardan biri isə sözügedən artımın özəl sektora təsir edib-etməyəcəyidir.
1xeber.media xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Emin Qəribli bildirib ki, özəl sektorda maaş artımı alıcılıq qabiliyyətinin yüksək olmasından asılıdır: