Bir neçə gündür davam edən intensiv yağışlardan sonra Bakının müxtəlif ərazilərində yağış suyunun kənarlaşdırılması ilə bağlı işlər görülür.
Bu barədə 1xeber.media-ya ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Məlumata görə,Qaradağ rayonunda Ələtdən Bakıya gələn yolun Lökbatan dairəsinin yaxınlığında olan hissəsi və Lökbatan körpüsünün altına yığılan su nasos vasitəsilə çəkilir.
















