Ordumuzun türk zabiti, Vətən Müharibəsi iştirakçısı general-leytenant Bəxtiyar Ersayın (Paşa) doğum günüdür.
1xeber.media xəbər verir ki, Paşa Vətən Müharibəsi zamanı general-leytenant rütbəsini alaraq Azərbaycan Ordusunda xidmətə başladı. Uğurları ilə Azərbaycan müdafiə naziri Zakir Həsənovun məsləhətçisi təyin edildi.
Azərbaycan Ordusunun hərbi formasını geyinən Bəxtiyar Paşanın bu şəkli də sosial şəbəkələrdə sürətlə yayıldı və hər kəs tərəfdən çox sevildi.
Bəxtiyar Paşa müsahibələrinin birində deyir: “Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Ordusu bir arada təlimlər keçirib. Biz tək millət, tək ordu, iki dövlətik”.
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun rəhbəri postunu tutan Bəxtiyar Ersay həm də Azərbaycan müdafiə naziri Zakir Həsənovun müşaviridir. Bəxtiyar Paşanın PKK terrorçularının məhv edilməsində böyük xidmətləri olub.
Onunla bağlı qeyd olunur: "Bəxtiyar Paşa tutduğu terrorçulara belə humanist yanaşırmış. O, uşaqlara qarşı da çox diqqətli idi. Hətta yarım il qiymətləndirilməsi zamanı bir məktəbə gedib və uşaqlara imtahan vərəqlərini şəxsən özü paylayıb. Bu da onun uşaqlara qarşı olan sevgisinin bariz nümunəsidir".
1xeber.media komandası adından Paşanı doğum günü münasibətilə təbrik edir, vətən və xalq yolunda gördüyü bütün işlərdə uğurlar arzulayırıq!