Xətai rayonunda növbəti qanunsuz tikinti işləri aparılır
1xeber.media xəbər verir ki,Xalq.online-yə daxil olan məlumata görə Xətai rayonu Telnov küçəsində yol kənarında qanunsuz tikinti işləri aparılır.
Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Xətai rayonu icra hakimiyyətinin səlahiyyətli şəxslərinin “razılığı “əsasında aparıldığı iddia olunur. Məlumatlara görə Xətai rayonu ərazisində belə qanunsuz tikintilər ilk deyil. Bu hallarla bağlı sosial platformada mütəmadi məlumatlar dərc olunur.