Finlandiya Prezidenti Dağüstü Parkda
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bu gün tədbirin üçüncü günüdür.
Dünyanın 100-ə yaxın ölkəsinin lideri tədbirdə iştirak etmək üçün Bakıya gəlib.
COP29 tədbiri yüksək səviyyədə təşkil olunub. Ölkəmizə gələn qonaqlar çox xoş vaxt keçirirlər. Hətta ölkəmizdə olan liderlər də bu fürsətdən istifadə edirlər.
Finlandiya Prezidenti Aleksandr Stubb özünün sosial media hesabında Dağüstü Parkdan foto paylaşıb. O, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə də görüş keçirib.