Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
Bakıda keçirilən COP29 konfransı 11-22 noyabr tarixlərini əhatə etməli idi. Ancaq bir neçə gün öncə tədbirin daha bir gün uzadıldığı bildirildi.
1xeber.media xəbər verir ki, COP29 konfransı ilə bağlı təşkilatçılardan tədbirin müddəti ilə bağlı növbəti yenilənmə yoxdur. Buna görə də Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Konfransının sabah yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, COP29 sammitində iştirak üçün dünyanın 196 ölkəsindən 72 min nəfər qeydiyyatdan keçib. Qonaqlar arasında 80-dən çox prezident, vitse-prezident və baş nazir olub.