Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında amerikalı həmkarı Donald Trampla danışdığını bildirib.
1xeber.media xəbər verir ki, O, söhbətin təfərrüatlarını açıqlayıb.
Siyasətçi qeyd edib ki, onlar münaqişənin həlli üçün gələcək təmaslar və görüşlər barədə razılığa gəliblər;
Kiyev komanda səviyyəsində birgə işləməyə hazır olduğunu bildirib, həmçinin təhlükəsizlik və iqtisadi əməkdaşlıq haqqında sazişin hazırlanması, xüsusən də ABŞ-a nadir torpaq metallarına çıxışın təmin edilməsi məsələsi müzakirə olunub.
“Ukrayna sülhü hamıdan çox istəyir. Etibarlı, davamlı sülhü təmin etmək üçün Amerika ilə ümumi addımlarımızı müəyyən edirik. Prezident Trampın dediyi kimi, gəlin bunu edək”, – Zelenski aydınlıq gətirib.
Fevralın 12-də ABŞ prezidenti Donald Tramp çərşənbə günü rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı apardığını bəyan edib.
Məlumatı Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov təsdiqləyib.