ABŞ Prezidenti Donald Tramp administrasiyası Çin ilə nüvə təhlükəsizliyi sazişini ehtiva edə biləcək genişmiqyaslı razılaşmanı araşdırır.
1xeber.media xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən yazır.
Nəşr qeyd edib: “Tramp ABŞ-yə Çindən investisiyaların cəlb olunmasında maraqlıdır”.
Tramp nüvə təhlükəsizliyi məsələlərini də sazişə daxil etmək istəyir və bu məsələni ÇXR sədri Si Cinpinlə şəxsən müzakirə etmək niyyətindədir.