“3+3” regional formatın qapıları Gürcüstan üçün açıq qalır və bu ölkənin nümayəndələrinin hər zaman müzakirələrə qoşulmaq imkanı mövcuddur.
1xeber.media xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışında deyib.
Onun sözlərinə görə, Gürcüstanın hazırki rəhbərliyi ölkənin milli maraqlarını nəzərə alır, “3+3” formatı isə (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran, Türkiyə) bütün iştirakçıların maraqlarına cavab verir.
Nazir bildirib ki, format çərçivəsində keçirilmiş son görüşdə bu mexanizmə daha strukturlaşdırılmış xarakter verilməsi barədə qərar qəbul edilib ki, bu da onun effektivliyini artıracaq.