Keçmiş Bundestaq üzvü və Rusiya Almanlarının Beynəlxalq Şurasının sədri Valdemar Gerdt seçkilərdən sonra genişmiqyaslı etirazlar və mümkün “Alman Maydanı”ndan danışıb.
1xeber.media xəbər verir ki, onun şərhini Gazeta.Ru sitat gətirir.
Gerdtin fikrincə, Fridrix Merzin başçılıq etdiyi Xristian Demokrat və Xristian Sosial Birliklərinin (CDU/CSU) bloku seçkilərdə qalib gələ bilər. Eyni zamanda o qeyd edib ki, Almaniya üçün Alternativ (AfD) partiyası alman cəmiyyəti arasında populyarlığını itirmir, lakin heç kim onunla birləşmək istəmir. Gerdt deyir ki, amerikalılar vəziyyətə təsir edə bilər.
“Hər kəs AfD-nin artıq qadağan edilə bilməyəcəyini başa düşəndə, uduzanlar solçu fəalları küçələrə çıxaracaq. Belə şəraitdə Alman Maydanını yaratmaq çox asandır. Əgər yüz minlərlə insan küçələrə çıxsa, o zaman sadəcə bir neçə təxribat kifayət edər”, - mənbə nəşrə bildirib və əlavə edib ki, alman xalqı artıq məğlub olub.
Bundan əvvəl macar siyasi ekspert Georg Spötle Almaniya kansleri Olaf Şolzun hakimiyyətdə qalmasının real yolunu göstərmişdi.