Gəmilərin hərəkəti ilə bağlı məlumat yayıldı
Türkiyə Sahil Polis Baş İdarəsi gəmilərin maneəsiz hərəkəti ilə bağlı məlumat yayıb.
1xeber.media xəbər verir ki, məlumatda "Transocean Barents qazma gəmisinin keçidinin tamamlanmasının ardından İstanbul Boğazı ilə cənub-şimal istiqamətində gəmi hərəkəti açılıb".
Xatırladaq ki, boğazda gəmilərin hərəkəti saat 06.50-dən etibarən hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılmışdı.