Trampın dövründə müharibə bitəcək, amma... ? - Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövründə müharibənin bitəcəyini, lakin bunun necə olacağını bilmədiyini bildirib.
1 xeber.media xəbər verir ki, O, bu barədə Ukrayna radiosuna müsahibəsində danışıb.
“ABŞ-ın siyasətindəki dəyişiklik müharibənin necə başa çatacağını deməyə əsas verir”, - deyə prezident bildirib.
Zelenski Moskva ilə təkbətək danışıqlara getməyəcəyini də açıqlayıb.
O, həmçinin Trampın müşavirlərinin Rusiyanın işğal olunmuş ərazilərə nəzarəti ilə cəbhə xətti boyunca müharibənin dondurulması zərurəti ilə bağlı bəyanatlarına münasibət bildirib.
“Mən yalnız Trampla danışıqlara ciddi yanaşacağam, onun müşavirləri ilə deyil, bu, prezidentlərin səviyyəsidir”.
Eyni zamanda o, hələ də hesab edir ki, “Putinin Ukrayna üçün təslim olma şərtləri ilə bağlı danışıqlara icazə verilməyəcək”. Onun sözlərinə görə, Tramp ona deməyib: “Mən prezident olacağam və danışıqlar masasına oturacağam”.
O, müharibəni indi bitirmək üçün danışıqlar aparmaq istəmədiyini də açıqlayıb.