1xeber.media xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etmək planlarına görə təzyiq altında olduğunu bildirib.
"Mən hiss edirəm ki, Moskvaya səfərin təzyiqindən başıma səma çökmək üzrədir, baxmayaraq ki, mən heç kimi aldatmamışam və ya yalan danışmamışam", - Serbiya lideri qeyd edib.
Vuçiçin sözlərinə görə, Serbiya “tarixi yenidən yazmağa çalışan bir çox ölkələrdən fərqli olaraq” faşizmlə mübarizəyə verdiyi töhfə ilə fəxr edir. O əlavə edib ki, bu səbəbdən anım tədbirlərinə dəvəti qəbul edib.
Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, o, Moskvada planlaşdırılan Qələbənin 80 illiyinin qeyd edilməsi əvəzinə mayın 9-da Kiyevə səfər etmək niyyətində deyil.