Rizədə leysan yağış dənizin rəngini dəyişdi!
Rizədə güclü yağışdan sonra dərələrin gətirdiyi palçıq dənizin rəngini dəyişib.Rizənin Çayeli rayonunda yağan leysan yağışlar nəticəsində bölgədə çoxlu sürüşmə baş verib.
1xeber.media xəbər verir ki, torpaq sürüşməsi səbəbindən rayondakı Şairlər dərəsindən palçıq axmağa başlayıb.
Axar və çaylarla birlikdə dənizə düşən palçıq dənizin rənginin qəhvəyi olmasına səbəb olub.