Finlandiya və Rusiya sərhədində tikilən hasarın hündürlüyü 1 m artırılacaq.
1xeber.media xəbər verir ki, bu barədə mayın 21-də Yle telekanalı məlumat yayıb.
Cənub-Şərqi Finlandiyada hasar tikintisi layihəsinin nümayəndəsi, polkovnik-leytenant Esa Veikkanen, "Hasarın torları bir az daha möhkəm olacaq, onu zədələmək və dırmaşmaq daha çətin olacaq" dedi.
Hasarın üzərində süni intellektlə təchiz edilmiş, insanla heyvanı ayırd edə bilən kameraların quraşdırılacağı dəqiqləşib. İnsanları öyrətmək üçün səsucaldanlar da quraşdırılacaq.