Zelenskidən Donald Trampa xəbərdarlıq: “ABŞ dəstəyi kəssə, biz uduzacağıq”
Yenidən ABŞ prezidenti seçilən Tramp seçki kampaniyası zamanı Zelenskinin ABŞ-dan həddən artıq çox yardım aldığını eyham edib.Ukrayna prezidenti Vladimir Zelenski Amerika kanallarından birinə danışıb. “ABŞ Ukraynaya dəstəyi dayandırsa, biz müharibəni uduzacağıq. Ukrayna lideri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa səslənib. “Birliyimizi itirmək bizim üçün çox təhlükəlidir.
"Onlar onu kəssələr, itiririk." Ukrayna prezidenti Vladimir Zelenski 2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq yeni ABŞ administrasiyası qarşısında belə çıxış edib. “Biz hər şəraitdə mübarizə aparacağıq”, - deyən Ukrayna lideri dəstəyi kəsməməyin vacibliyinə işarə edib. “Əlbəttə, nə olursa olsun, qalacağıq, mübarizə aparacağıq. İstehsalımız var, amma bu, qazanmaq üçün kifayət deyil və sağ qalmaq üçün kifayət deyil. Ancaq belə bir seçim Amerikanın seçimidirsə, nə etməli olduğumuza qərar verəcəyik”.Co Bayden administrasiyası bu yaxınlarda Ukraynaya Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib.
Ukrayna lideri Trampın dəstəkdən əl çəkməsinin təhlükəsinə diqqət çəkib.
Zelenski Respublikaçıların lideri Donald Trampın “Ukraynadakı müharibəni bir günə bitirəcəyəm” sözlərinə də cavab verib. “İndi bu dövr, mənim fikrimcə, bu məqam Ukraynadakı birliyimizdən asılıdır. Hesab edirəm ki, Avropada birliyi itirmək çox təhlükəli bir şeydir. Ən əsası isə Ukrayna ilə ABŞ arasında birlikdir”.