İranda Kərəcdə uranın zənginləşdirilməsi üçün sentrifuqa komponentləri istehsal edən iki obyekt dağıdılıb.
1xeber.media xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) iyunun 18-də X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
“MAQATE İranda iki sentrifuqa istehsalı obyektinin, TESA Kərəc emalatxanasının və Tehran Araşdırma Mərkəzinin vurulması ilə bağlı məlumatlara malikdir”, - nəşr yazır.
Bu binaların əvvəllər Birgə Kompleks Fəaliyyət Planı çərçivəsində MAQATE tərəfindən monitorinq edildiyi vurğulanır.