Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi məlumat yayıb.
Liderlər telefon danışığında ikitərəfli əlaqələrlə yanaşı, regional məsələləri də gündəmə gətiriblər.
Ərdoğan həmkarına Ukrayna ilə danışıqların üçüncü raundunun başlamasının vacib olduğunu, İstanbulun da danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.