İyulun 29-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türkiyəyə rəsmi səfər edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ankaraya səfər zamanı dövlət başçıları arasında Qazaxıstan-Türkiyə strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə yönəlmiş danışıqlar aparılacaq:
“Prezidentlər Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını da keçirəcək”.