1xeber.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Yeni Çağırışlar və Təhdidlər Departamentinin direktoru Georgi Mixno-nu Rusiyanın Polşadakı yeni səfiri təyin edib.
"Georgi Viktoroviç Mixno Rusiya Federasiyasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin", - prezidentin sərəncamında deyilir.
Qeyd olunur ki, bu sərəncam keçmiş səfir Sergey Andreyevi müvafiq vəzifədən azad edir.