NATO müttəfiqləri (Danimarka, Niderland, Norveç və İsveç) Ukrayna üçün ABŞ silahlarının alınması üçün bir milyard dollardan çox vəsait ayırıb.
1xeber.media xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte X hesabında yazıb.
"Bu dəstək insanların həyatını xilas etmək, Ukraynanın özünü müdafiəsi, həmçinin ədalətli və davamlı sülhə nail olmaq üçün önəmlidir", - Rutte qeyd edib.