Ermənistan hakimiyyəti dünya şöhrətli hüquqşünas və beynəlxalq hüquq müdafiəçisi Robert Amsterdamı ölkəyə buraxmamaq qərarına gəlib.
1xeber.media xəbər verir ki, bu barədə “Past” hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.
“Bizdə olan məlumata görə, Amsterdamın Ermənistana gəlişi avqustun 11-nə planlaşdırılıb.
Dünən mətbuat siyasi məsələlər üzrə birinci dərəcəli beynəlxalq hüquqşünasın səfərinin təcili olduğunu və bir neçə səs-küylü işlə - arxiyepiskopların işi, Erməni Apostol Kilsəsinə təzyiqlər, biznesmen Samvel Karapetyanın həbsi ilə bağlı olduğunu yazmışdı. Amsterdamın səfəri insan haqları və demokratiyanın real vəziyyəti ilə bağlı müəyyən monitorinq funksiyasını yerinə yetirmək məqsədi daşıyır.
Qeyd edək ki, Amsterdam müxtəlif ölkələrdə bir sıra ictimai-siyasi xadimləri və fəalları müdafiə etməsi ilə tanınır”, - məlumatda bildirilib.